Əsas səhifə » İngiltərə XİN Türkiyəyə səfər edəcək

İngiltərə XİN Türkiyəyə səfər edəcək

BAKI, AzerVoice

İngiltərənin xarici işlər naziri Devid Lemmi sabah Türkiyəyə səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici İlər Nazirliyindəki mənbələr məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Lemmi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.

Görüşdə tərəflər arasında təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanacaq. Eyni zamanda iqtisadiyyat, ticarət, maliyyə, müdafiə sənayesi və turizm sahələrindəki əlaqələrin iki ölkə arasında aparıcı rol oynadığı qeyd ediləcək.

Habelə, Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələri canlandıracaq və ticarət dövriyyəsini artıracaq Azad Ticarət Sazişinin yenilənməsi istiqamətində aparılan danışıqlara önəm verildiyi də vurğulanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice