Əsas səhifə » Türkiyənin Aydın vilayətindəki yanğın söndürülüb

Türkiyənin Aydın vilayətindəki yanğın söndürülüb

BAKI, AzerVoice

Türkiyənin Aydın vilayətin Bozdoğan rayonunda kolluq ərazidə çıxan yanğın 9 saat sonra nəzarət altına alınıb.

AzerVoice türk KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsində təxminən 200 nəfər iştirak edib.

Meşə idarəsinin heyəti ilə yanaşı, Aydın Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları, Bozdoğan Bələdiyyəsinə məxsus iş texnikası və özəl sektora aid ekskavator və qreyderlər də müdaxilə edib. Özəl texnikalar yanğınsöndürənlərin əraziyə çata bilməsi üçün yol açıb.

Yanğın çıxan ərazi kolluq olduğundan, alovun yayılması çətinləşib.

Digər Kateqoriyalar

2025 © Azervoice