12
BAKI, AzerVoice
Kütahyanın Simav rayonunda yenidən zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, Türkiyənin Kandilli Rəsədxanası Kütahyanın Simav rayonunda bu gün 3,1 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Zəlzələnin yerin 4,3 kilometr dərinliyində baş verdiyi
bildirilib.
Qeyd edək ki, ötən gün eyni rayonda 4,5 bal gücündə yeraltı
təkanlar müşahidə olunmuşdu.
Hazırda bölgədə hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.