Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    ÜST Suriyaya dəstəyə görə Türkiyəyə təşəkkür edib

    11 İyun 2025 12:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyaya dəstəyə görə Türkiyəyə təşəkkür edib.

    AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhy Türkiyənin Suriyada səhiyyə sektoruna göstərdiyi dəstəyə görə təşəkkür edib və gələcəkdə daha sıx əməkdaşlığa ümidvar olduqlarını bildirib.

    Balkhy Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra səhiyyə sistemində baş verən dəyişiklikləri dəyərləndirərək, yeni administrasiya və səhiyyə naziri Musab Nezzal əl-Əli ilə keçirdikləri görüşlərdə səhiyyə infrastrukturunun yenidən qurulmasına dair müzakirələrin aparıldığını vurğulayıb.

    “Suriyada səhiyyə sisteminin yenidən təşkilinə və işlək hala gətirilməsinə təcili ehtiyac var. Bu, paytaxt Şam da daxil olmaqla digər şəhərlərdə və kəndlərdə əhaliyə daha sürətli və keyfiyyətli tibbi xidmət göstərilməsini təmin edəcək. İndi yardım göstərmək üçün ən münasib zamandır. Biz maliyyə dəstəyi, tibb təhsili, mövcud infrastrukturun bərpası və səhiyyə sistemlərinin gücləndirilməsi istiqamətində yardım göstərməliyik.” – deyə Balkhy bildirib.

    Balkhy əlavə edib ki, ÜST Suriyanın yeni rəhbərliyinin strategiyasını başa düşmək və həm yerli, həm də beynəlxalq tərəfdaşlarla uyğun şəkildə fəaliyyət göstərmək üçün səylərini davam etdirir. Onun sözlərinə görə, təşkilatın nümayəndələri Suriyanı heç vaxt tərk etməyib və ehtiyacları yerində müşahidə ediblər.

    Balkhy həmçinin digər BMT qurumlarının da Suriyada səhiyyə sahəsində əməkdaşlığa maraqlı olduğunu bildirərək, “Bu qurumlar Suriya xalqının rifahı üçün çalışır və biz də onların yanında olacağıq”, – deyə qeyd edib.

    Sonda Balkhy Türkiyənin bölgədə oynadığı rolu çox yüksək qiymətləndirib.

    “Türkiyəyə Suriyaya göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Əgər ölkələr arasında bu cür həmrəylik və əməkdaşlıq olmasa, bölgədə xalqımızın rifahını yüksəltmək mümkün olmaz. Suriyalılara layiq olduqları sağlamlığı və rifahı təmin etmək üçün Türkiyə ilə əməkdaşlığımızın davam edəcəyinə ümid edirik.” - deyə o bildirib.

    #Türkiyə #Suriya #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Türkiyə və Suriya münasibətləri #Türkiyə Suriyada infrastruktur dəstəyi #Türkiyə Suriya münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    13 Dekabr 2025 14:10

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    Azərbaycan və Türkiyə HDQ nümayəndələri elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə ediblər

    11 Dekabr 2025 12:23
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.