Əsas səhifə » Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin Sədri Ferdi Zeyrek vəfat edib

Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin Sədri Ferdi Zeyrek vəfat edib

BAKI, AzerVoice

Türkiyənin Manisa Böyükşəhər Bələdiyyə Sədri Ferdi Zeyrek, elektrik cərəyanından ağır yaralandıqdan sonra uzun müddətdir müalicə almasına baxmayaraq vəfat edib.

AzerVoice-un məlumatına görə, bu haqda Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu X sosial şəbəkəsində paylaşım edib.

"Yaşadığı qəza nəticəsində xəstəxanaya aparılan və bir müddətdir müalicə olunan Manisa Böyükşəhər Bələdiyyə Sədri Ferdi Zeyrek, edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib

Ona Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirik" - deyə, paylaşımda bildirilib.

Məlumat üçün bildirək ki, Ferdi Zeyrek, 1977-ci ildə Manisa şəhərində doğulub və Uludağ Universiteti Mühəndislik Memarlıq Fakültəsi Memarlıq Bölümünü bitirmişdir. Karyerasına memarlıq sahəsində başlamış və sonrasında Manisada inşaat layihələri və daxili dizayn işləri üzrə öz şirkətini qurmuşdur. 2012-2014-cü illərdə Manisaspor İdarə Heyətinə seçilmişdir.

2019-cu ildə keçirilən yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasından (CHP) Manisa Böyükşəhər Bələdiyyəsi Sədrliyinə namizəd olmuş, Cümhuriyyət Xalq Partiyasının Manisa vilayət Sədri olaraq da vəzifə almışdır.

Digər Kateqoriyalar

2025 © Azervoice