Əsas səhifə » Madleen gəmisinin bu gün quruya çıxması gözlənilir – Türkiyə XİN

Madleen gəmisinin bu gün quruya çıxması gözlənilir – Türkiyə XİN

BAKI, AzerVoice

“Madleen” gəmisinin axşam saatlarında quruya çatması gözlənilir

AzerVoicexəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, İsrail qüvvələrinin nəzarətində olan “Madleen” gəmisinin bu gün axşam saatlarında quruya çatması gözlənilir.

Gəmidə olan Türkiyə vətəndaşlarına konsulluq dəstəyi göstərilir və sərbəst buraxılmaları üçün lazımi diplomatik addımlar atılır.

Nazirlikdən bildirilib ki, gəmi İsrail qüvvələri tərəfindən saxlanılıb və eniş baş verdikdən sonra vətəndaşlarla görüşlər keçiriləcək. Açıqlamada həmçinin qeyd olunub ki, gəmidə vətəndaşları olan digər ölkələrin diplomatik nümayəndəlikləri ilə də əlaqə saxlanılır.

“İsrail qüvvələrinin nəzarətində saxlanılan 'Madleen' adlı gəminin axşam saatlarında quruya çatması gözlənilir. Gəmidəki vətəndaşlarımıza konsulluq dəstəyi verilir və gəmidən enən kimi onların azadlığa buraxılması üçün zəruri təşəbbüslər həyata keçirilir. Gəmidə vətəndaşları olan digər ölkələrlə də əlaqə saxlayırıq. Ailələr isə proses barədə mütəmadi məlumatlandırılır.”

Qeyd edək ki, hadisə ilə əlaqədar Xarici İşlər Nazirliyi hazırda iki Türkiyə vətəndaşı ilə bağlı səylərini davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice