BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər o, ABŞ hüquq-mühafizə orqanlarının rəhbəri olsaydı, Kaliforniya ştatının qubernatoru Gevin Nyusomu dərhal həbs edərdi.
AzerVoice xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə jurnalistlərin tələbi ilə, demokratiya tərəfdarı olan Nyusomun, ABŞ administrasiyasında sərhəd nəzarəti və qeyri-qanuni miqrantların deportasiyasından məsul olan Tom Homanı açıq şəkildə çağırması ilə bağlı şərh edərkən bildirib.
ABŞ Prezidenti, Nyusomun belə açıqlamalar verməsinin yalnız özünü reklam etmək məqsədi güddüyünü ifadə edib.
"Gevin Nyusomu bəyənirəm, o yaxşı insandır. Amma o, tamamilə bacarıqsızdır, bunu hamı bilir" – deyə, Tramp bildirib. O, bununla əlaqədar olaraq, Kaliforniyada sürətli dəmiryolu qurulması layihəsini xatırladıb, hansı ki, artıq çox yüksək büdcə həddində həyata keçirilir.
"Biz burada (Ağ Evin həyətində) yeni bayraq direyi quraşdırırıq. Xərclər büdcəyə nisbətən aşağıdır. Mən həmişə müəyyən məqsədləri büdcəyə nisbətən daha az xərclə həyata keçirirəm", – Tramp vurğulayıb.
Bundan əlavə, o, Los-Anceles və San-Fransiskoda baş verən iğtişaşları kəskin şəkildə pisləyib və iştirakçıları peşəkar təxribatçılar adlandırıb.
"Problemlər yaradan insanlar peşəkar təhrikçilər, üsyançılardır. Onlar pis insanlardır. Onlar həbsdə olmalıdırlar" – deyə, D.Tramp bildirib.