Əsas səhifə » Türk Hava Yollarından rekord göstərici – 1369 planlı uçuş

Türk Hava Yollarından rekord göstərici – 1369 planlı uçuş

BAKI, AzerVoice

Türk Hava Yolları gündəlik uçuş rekordunu yeniləyib.

AzerVoicexəbər verir ki, Türk Hava Yolları (THY) bu gün planlaşdırılmış 1369 reyslə tarixindəki ən yüksək gündəlik uçuş sayına çataraq yeni rekorda imza atacaq.

Məlumatı şirkətin baş direktoru Bilal Ekşi sosial media hesabında paylaşıb. O qeyd edib ki, bu, THY tarixində bir ilkdir:
“Maşallah deyək. Bu gün 1369 planlı TK uçuşu ilə bu günə qədər ən çox uçuş rekordunu qıracağıq. Əvvəlki rekord bayram ərəfəsində 1292 uçuş idi. Türkiyə böyüyür, THY daha yüksəklərə uçur,” – deyə o bildirib.

Qeyd edək ki, Türk Hava Yolları bundan öncəki gündəlik rekordunu 5 iyun tarixində 1292 reyslə əldə etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice