BAKI, AzerVoice
NATO, 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlıq görməyi planlaşdırır.
AzerVoice xəbər verir ki, bu fikri alyansın baş katibi Mark Rütte Böyük Britaniyada keçirilən konfransda səsləndirib.
"Rusiya bütün NATO ölkələrinin toplamından dörd dəfə çox sursat istehsal edir, halbuki onun iqtisadiyyatı NATO-nun iqtisadiyyatlarından 25 dəfə kiçikdir. Sursat hər hansı bir münaqişənin əsasını təşkil edir. Əgər sizdə sursat ehtiyatı yoxdursa, münaqişəyə başlamaq lazım deyil" – deyə, Rütte qeyd edib.
O, həmçinin Rusiya iqtisadiyyatının artıq 100 faiz hərbi rejimə keçirildiyini qeyd edərək, Avropa iqtisadiyyatının hərbi təyinatlı istifadəyə keçməsini sürətləndirmək üçün çağırış edib.
"Hazırda Rusiya NATO-ya hücum edə bilməz, lakin 3-5 il ərzində bunu edə bilər", - o bildirib.
Rütte, NATO ölkələrini bu hücuma hazır olmağa çağırıb. O, ölkələrin öz hava hücumundan müdafiə sistemlərinin sayını beş dəfə artırmalarını, tanklar, hücum sistemləri, pilotsuz uçuş aparatları istehsalını artırmalarını və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə gücləndirmələrini təklif edib.