Əsas səhifə » FETÖ üzvü Muğlada keçirilən əməliyyatda saxlanılıb

FETÖ üzvü Muğlada keçirilən əməliyyatda saxlanılıb

BAKI, AzerVoice

Muğlada FETÖ üzvü saxlanılaraq həbsxanaya göndərilib

AzerVoice xəbər verir ki, Muğla vilayətinin Ula rayonunda FETÖ üzvü olduğu üçün axtarışda olan şəxs keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Muğla İl Təhlükəsizlik Müdirliyi və Ula İlçə Təhlükəsizlik Müdirliyi qruplarının birgə keçirdiyi əməliyyat zamanı FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvü olmaqda ittiham edilən və 6 il 3 ay həbs cəzası ilə axtarışda olan şəxs Ula rayonunda ələ keçirilib.

Əməliyyat zamanı saxlanılan şəxs aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib və məhkəmə qərarı əsasında həbsxanaya göndərilib.

Qeyd edək ki, Türkiyədə FETÖ ilə bağlı aparılan əməliyyatlar çərçivəsində minlərlə nəfər saxlanılıb və istintaqa cəlb olunub. Hökumət bu təşkilatı 2016-cı il çevriliş cəhdinin əsas təşkilatçısı kimi tanıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice