BAKI, AzerVoice
Ankarada FETÖ-nün maliyyə şəbəkəsində fəaliyyət göstərdiyi müəyyən edilən 6 nəfər barəsində gözaltı qərarı verilib.
AzerVoice xəbər verir ki, əməliyyat Ankara Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən həyata keçirilib.
Prokurorluqdan verilən məlumata görə, istintaq çərçivəsində bu şəxslər barəsində əvvəllər silahlı terror təşkilatına üzvlük ittihamı ilə məhkəmə prosesi aparılsa da, başqa şübhəlilərdən əldə edilən rəqəmsal materiallar, texniki və fiziki müşahidə, eləcə də ifadələr və fotoşəkillə tanıma vasitəsilə həmin şəxslərin iddianamə tarixindən sonra da təşkilati fəaliyyətlərini davam etdirdikləri müəyyən olunub.
Toplanan sübutlar əsasında FETÖ-nün hazırkı strukturu daxilində fəal olduqları qiymətləndirilən 6 şübhəli barəsində gözaltı qərarı verilib.
Ankara Şəhər Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən şübhəlilərin tutulması və Prokurorluğa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.