Əsas səhifə » Türkiyə Pakistanla bağlı silah iddialarını rəsmi təkzib edib

Türkiyə Pakistanla bağlı silah iddialarını rəsmi təkzib edib

BAKI, AzerVoice

Son günlər yayılan "Türkiyənin Pakistana 6 təyyarə dolusu silah göndərdiyi" haqqında iddiaları təkzib olunub.

AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Nazirliyin məlumatında bildirilir ki, Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib və daha sonra marşrutuna davam edib. Eyni zamanda, səlahiyyətli qurumların açıqlamaları xaricində yayılan spekulyativ məlumatlara inanmamaq tövsiyə olunub.

Qeyd edək ki, Dezinformasiya ilə Mübarizə Mərkəzi də "Türkiyənin Pakistana 6 təyyarə dolusu silah göndərdiyi" iddialarının yalan olduğunu təsdiqləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice