Əsas səhifə » Ukrayna və ABŞ arasında mineral ehtiyatlar üzrə razılaşma ola bilər

Ukrayna və ABŞ arasında mineral ehtiyatlar üzrə razılaşma ola bilər

BAKI, AzerVoice

ABŞ və Ukrayna bu həftə mineral ehtiyatlar üzrə saziş imzalaya bilər.

AzerVoice xəbər verir ki, Financial Times (FT) qəzeti, ABŞ və Ukraynanın bu həftənin əvvəlində faydalı qazıntılar sahəsində çərçivə sazişi imzalayacağını yazıb.

Sazişin hazırlıq mərhələsinin sonuna yaxınlaşdığı bildirilir və bu saziş bütün mineral ehtiyatları, o cümlədən neft, qaz və Ukraynadakı əsas enerji obyektlərini əhatə edir. Ukraynanın baş naziri Denis Şmıxal, sazişlə bağlı verdiyi bəyanatda ABŞ ilə razılığa gəldiklərini və verilən yardımların borc kimi qəbul edilməyəcəyini qeyd edib. Lakin o, bu yardımların təzminatla necə əvəzlənəcəyinə dair məlumat verməyib.

Qeyd edək ki, bir çox Ukraynalı deputatlar, xüsusilə Prezident Zelenskinin partiyasından olanlar, bu sazişə qarşı narahatlıqlarını ifadə ediblər və müqavilənin pis olduğunu düşünərlərsə, onun təsdiqlənməsinə qarşı səs verəcəklərini bildiriblər.

Sazişin son variantı, Ukraynanın ABŞ-dan aldığı 120 milyard dollardan çox yardımı kompensasiya etməyə məcbur edəcək. Həmçinin, ABŞ və Ukrayna arasında əvvəlcə aprelin 17-də imzalanan memorandum da bu sazişin bir hissəsi olaraq nəzərdə tutulmuşdu, lakin onun imzalanması fevralın sonunda baş verən mübahisədən sonra dayandırılıb.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ-dan 105 milyard dollar dəyərində silah və yardım aldıqlarını etiraf edib, halbuki əvvəlcə bu məbləği daha kiçik göstərmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice