Əsas səhifə » Ərdoğan İtaliyada Türkiyə-İtaliya Zirvəsinə qatılacaq

Ərdoğan İtaliyada Türkiyə-İtaliya Zirvəsinə qatılacaq

BAKI, AzerVoice

Rəcəb Tayyib Ərdoğan sabah İtaliyanın paytaxtı Romaya günübirlik səfər edəcək.

AzerVoice xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Türkiyə-İtaliya Hökumətlərarası Zirvəsinə qatılacaq və İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşəcək.

Görüşdə ikitərəfli münasibətlər, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə sənayesində əməkdaşlıq və regional, qlobal məsələlər müzakirə olunacaq. Ötən il iki ölkə arasındakı ticarət həcmi 32 milyard dolları ötüb və tərəflər bu rəqəmi daha da artırmaq niyyətindədir.

Səfər çərçivəsində müdafiə sənayesi sahəsində Baykarın Piaggio Aerospace şirkətini alması və Leonardo ilə imzalanan əməkdaşlıq sazişi də gündəmdə olacaq.

Zirvədə Türkiyə-Avropa Birliyi münasibətləri, Türkiyənin Aİ-yə üzvlük prosesi və regional sabitlik məsələləri də əsas müzakirə mövzuları olacaq.

Ərdoğan görüşdə İsrailin Fələstin torpaqlarında həyata keçirdiyi hücumların dayandırılmasının vacibliyini vurğulayacaq.

Səfər çərçivəsində Ərdoğan və Meloninin Türk-İtalyan İş Forumunda da iştirak etməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice