15
BAKI, AzerVoice
Papanın dəfn mərasiminə Türkiyədən qatılacaq şəxsin adı açıqlanıb.
AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin dəfn mərasiminə iştirak etmək üçün Vatikana gedəcək.
Papanın aprelin 21-də vəfatından sonra, sabah keçiriləcək dəfn mərasimində Türkiyəni təmsil edəcək olan Kurtulmuş, Vatikanın Santa Maria Maggiore Bazilikasında keçiriləcək mərasimdə iştirak edəcək.
Qeyd edək ki, kilsə qaydalarına əsasən, dəfn mərasimi ölümündən 4-6 gün sonra – yəni 25 aprel Cümə və ya 27 aprel Bazar günü keçirilir. Yeni Papanın seçilməsi məqsədilə Kardinallar Şurası isə 6-10 may tarixləri arasında ilk dəfə toplanacaq.