Əsas səhifə » İzmirdə PKK-ya qarşı əməliyyat keçirilib

İzmirdə PKK-ya qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyənin İzmir şəhərində PKK silahlı terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilib.

AzerVoice xəbər verir ki, İzmir Respublika Prokurorluğunun rəhbərliyi ilə İl Jandarma Komandanlığının Terrorla Mübarizə və Kəşfiyyat şöbələri tərəfindən PKK-ya qarşı əməliyyat keçirilib.

Terror təşkilatına üzv olmaqda şübhəli bilinən nəfər və sosial mediada təşkilat təbliğatı aparmaqda ittiham olunan beş nəfərin tutulması məqsədilə əməliyyat keçirilib.

Əməliyyat zamanı dörd nəfər saxlanılıb, onların yaşadıqları ünvanlarda axtarış aparılıb və müxtəlif sayda rəqəmsal materiallar, sənədlər və təbliğat xarakterli materiallar ələ keçirilib.

Qalan iki şübhəlinin gizləndiyi yerlərin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və sahə axtarış tədbirləri davam etdirilir.

Təhlükəsizlik qüvvələri bu cür əməliyyatların ölkədə ictimai sabitliyin və təhlükəsizliyin qorunması baxımından zəruri olduğunu bildirir. Rəsmi orqanlar və hüquq-mühafizə strukturları terrorçuluğa qarşı mübarizəni qətiyyətlə davam etdirəcəklərini vurğulayırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice