Əsas səhifə » Türkiyədə FETÖ əməliyyatı keçirilib

Türkiyədə FETÖ əməliyyatı keçirilib

BAKI, AzerVoice

Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı əməliyyatda 6 nəfər saxlanılıb

AzerVoice xəbər verir ki, Türkiyənin İzmir şəhərində FETÖ/PDY terror təşkilatının gizli strukturuna qarşı keçirilən əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.

İzmir Respublika Prokurorluğunun rəhbərliyi və Milli İstihbarat Təşkilatının (MİT) dəstəyi ilə İl Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən istintaq çərçivəsində 7 şübhəli barədə həbs qərarı verilib.

Əməliyyat əvvəlcədən müəyyən edilən ünvanlarda aparılıb və nəticədə 6 nəfər nəzarətə alınıb. Hazırda digərin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, FETÖ/PDY Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınır və 2016-cı il 15 iyul çevriliş cəhdinin əsas təşkilatçısı kimi məsuliyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice