Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyənin hərbi çevriliş tarixi

    16 İyul 2024 16:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Hərbi çevriliş, Türkiyə Silahlı Qüvvələrinin təşkilati olaraq və ya bəzi zabitlərin öz təşəbbüsü ilə mülki idarəetməyə müdaxiləsidir.

    Osmanlı dövründə başlayan hərbi üsyanlar və çevrilişlər imperiyanın dağılmasından sonra qurulan Türkiyə Cümhuriyyətində demək olar ki, hər 10 ildən bir təkrarlanırdı.

    Türkiyə Silahlı Qüvvələri daxili təhlükəsizliyin təhdid altında olduğunu əsas gətirərək bəzi hallarda mülki idarəçiliyə müdaxilə edib. Bu müdaxilələrin əsas hüquqi əsası Türkiyə Silahlı Qüvvələri Daxili Xidmət Qanununun 35-ci maddəsi olan “Maddə 35 – Silahlı Qüvvələrin vəzifəsi Türk yurdunu və Konstitusiya ilə müəyyən edilən Türkiyə Cümhuriyyətini qorumaqdır” hökmü olmuşdur. Lakin 12 sentyabr çevrilişinin məhkəməsi üçün hazırlanan ittihamnamədə bu maddənin dövlət çevrilişini leqal hala gətirə bilməyəcəyi və heç bir qanun maddəsinin Konstitusiyadan üstün ola bilməyəcəyi vurğulanmışdır. Həmçinin, o da qeyd edilib ki, dövlət strukturunun əsas təsisatlarından olan Türkiyə Böyük Millət Məclisini və bütün hüquq və azadlıqları ortadan qaldırmaq üçün 35-ci maddəni əsas göstərilməsi qanunsuzluğu ört-basdır etməkdən başqa bir şey deyildir.

    Türkiyə 1946-cı ildə demokratik seçkilərlə çoxpartiyalı sistemə keçdi. Daxili təhlükəsizliyin təhdid altında olduğunu bildirən Türkiyə Silahlı Qüvvələri bəzi qanunların qəbuluna maneçilik törətməklə və ya bəzi qanunların qəbul edilməsini məcbur etməklə, bəzən də Türkiyə Cümhuriyyəti hökumətini istefaya getməyə məcbur edərək demokratik mülki idarəetməyə müdaxilə ediblər. Bu çevrilişlər bəzən birbaşa komandanlıq zənciri daxilində (məsələn, 12 sentyabr çevrilişi), bəzən də komandanlıq zəncirindən müstləqil (məsələn, 27 May çevrilişi kimi) bir qrup zabit tərəfindən planlaşdırılaraq icra edilmişdir.

    Türkiyə Silahlı Qüvvələri 1960 və 1980-ci illərdə iki dəfə hakimiyyəti ələ keçirib, 1971 və 1997-ci illərdə isə hökuməti istefaya məcbur edib.

    27 may 1960-cı il çevrilişi

    Bu, Türkiyə Cümhuriyyəti tarixində 27 may 1960-cı ildə baş vermiş ilk hərbi çevriliş idi. Hökuməti ələ keçirən hərbi qruplaşma tərəfindən o zamankı Baş Qərargah rəisi də daxil olmaqla 200-dən çox general, prezident Cəlal Bayar və baş nazir Adnan Menderes və digər Demokrat Partiyasının üzvləri həbs edilir. 37 aşağı rütbəli zabit tərəfindən planlaşdırılan və icra edilən çevriliş bir başa yuxarıdan komanda zənciri çərçivəsində həyata keçirilməmişdi. Çevrilişdən sonra bu zabitlərin və istefada olan general Camal Gürselin yaratdığı Milli Birlik Komitəsi ölkənin idarəçiliyini öz üzərinə götürdü. Yassıada məhkəmələrinin sonunda Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkan edam edildi.

    Beləcə, 1961-ci il iyulun 9-da qəbul edilmiş 1961-ci il Konstitusiyası 1924-cü il Konstitusiyasını ləğv etdi.

    21 oktyabr 1961-ci il

    27 May çevrilişindən sonra İstanbuldan bir qrup general və polkovnik tərəfindən imzalanmış dövlət çevrilişinə cəhd protokoludur.

    22 fevral 1962-ci il

    1962-ci il fevralın 22-də Hərbi Akademiyanın komandiri, qərargah polkovniki Tələt Aydemir və dostları tərəfindən ordu içindəki 27 may tərəfdarlarının təmizlənməsi üçün fevralın 20-də başlanan təyinat və həbslərə qarşı göstərilən müqavimət hadisəsidir.

    20 may 1969-cu il
    1969-cu il 20 may dövlət çevrilişinə cəhd Türkiyə Cümhuriyyəti tarixində uğurlu olmayan və komandanlıq zənciri çərçivəsində ortaya çıxmış hərbi bir çevriliş təşəbbüsü idi.

    9 mart 1971-ci il
    Türkiyə Cümhuriyyəti tarixində uğurlu olmayan və komandanlıq zəncirindən kənarda formalaşan hərbi çevriliş cəhdidir.

    12 mart 1971-ci il

    12 mart 1971-ci ildə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Memduh Tağmaç, Quru Qoşunları Komandanı Faruk Gürler, Dəniz Qüvvələri komandanı Celal Eyiceoğlu və Hava Qüvvələri Komandanı Muhsin Baturun imzaları ilə prezident Cevdet Sunay'a bir Memorandum (nota) verərək Süleyman Dəmirəlin baş nazir olduğu hökuməti istefaya getməyə məcbur edən hərbi müdaxilədir.

    27 dekabr 1979-cu il

    27 dekabr 1979-cu ildə Baş Qərargah rəisi, ordu generalı Kənan Evrenin, Quru Qoşunları komandanı general Nureddin Ersin, Hərbi Dəniz Qüvvələri komandanı Bülend Ulusu, Hərbi Hava Qüvvələri komandanı General Tahsin Şahinkaya və Jandarma Baş Komandanı General Sedat Celasunun imzasını daşıyan və o zamankı prezident Fahri Korutürkə verilən xəbərdarlıq məktubudur.

    12 Sentyabr çevrilişindən təxminən bir il əvvəl verilən bu memorandumda Türkiyə Silahlı Qüvvələrinin Türkiyənin yaşadığı ciddi çətinliklər qarşısında siyasi partiyaların bir araya gəlməsini və lazımi tədbirləri görməsini israrla istədiyi vurğulanmışdı. Bu memorandumdan sonra tələb edilənlər təmin edilmədiyi üçün çevriliş baş vermiş və Türk Silahlı Qüvvələri idarəçiliyi ələ keçirmişdi.

    15 iyul 2016-cı il

    15-16 iyul 2016-cı il tarixləri arasında Türkiyə Silahlı Qüvvələrində özlərini Vətəndə Sülh Şurası adlandıran bir qrup əsgər tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi. İyulun 16-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində dövlət çevrilişinə cəhdin qarşısı alınmış və əsgərlər silahları ilə təslim olmuşdular. Hadisələr nəticəsində 104-ü dövlət çevrilişi tərəfdarı olmaqla 300-dən çox insan ölmüş, 8036 müxtəlif rütbəli hərbçi saxlanılmışdır. Ədliyyə və mülki siyasət mənsubları da daxil olmaqla saxlanılanların ümumi sayı 10 minə çatmışdı.

    Türkiyənin hərbi çevriliş tarixi
    #Türkiyə #FETÖ #hərbi çevriliş #Kenan Evren #Adnan Menderes
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    10 Dekabr 2025 14:08

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    10 Dekabr 2025 12:47

    İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı

    10 Dekabr 2025 10:34

    Türkiyə və Macarıstan müdafiə sənayesi əməkdaşlığını yeni anlaşmalarla gücləndirib

    9 Dekabr 2025 14:14

    ABŞ Məhkəməsi Tramp administrasiyasına Rumeysa Öztürkün tələbə statusunu bərpa etməyi tapşırdı

    9 Dekabr 2025 12:16

    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib

    9 Dekabr 2025 10:42

    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat təşkil olunub

    9 Dekabr 2025 09:49

    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyatlar keçirilib

    9 Dekabr 2025 09:16

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    8 Dekabr 2025 23:16

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17
    Demo
    XƏBƏR LENTİ

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin edilməyib

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    Ərdoğan Türkmənistana səfər edəcək

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri arasında görüş keçirilib

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.