Bakı,
AzerVoice
AK Partiya Kayseri millət vəkili və Türkiyə Büyük Millət Məclisinin
(TBMM) Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar, Eskişehirə
səfəri çərçivəsində ölkənin və dünya siyasətinin aktual problemləri
ilə bağlı açıqlamalar verib.
AzerVoice xəbər verir ki , Akar
şəhərdəki dövlət və partiya rəsmiləri ilə görüşərək Eskişehir
Valiliyi və AK Partiya təşkilatını ziyarət edib.
Daha sonra Türkiyə Gənclik Fondunun (TÜVGA) təşkil etdiyi
"Türkiyənin Müdafiə və Təhlukəsizlik Problemləri" konfransında
çıxış edib.
Hulusi Akar çıxışı zamanı qlobal siyasi proseslərin gərgin olduğunu vurğulayıb.
"Ukraynada ciddi inkişaflar var, lakin bununla yanaşı Afrika, Uzaq Şərq, Balkanlar və Qafqazda da gərginlik getdikcə artır. Bu gərginliklər istənilən an faktiki qarşıdurmaya çevrilə bilər .Dünya ölkələrinin təhlukəsizlik siyasətlərini diqqətlə izləməliyik." - deyə o bildirib.
Akar, Türkiyənin FETÖ, PKK/YPG, və IŞİD kimi terror təşkilatlarına qarşı fəal mübarizə apardığını da vurğulayaraq, həmçinin beynəlxalq münasibətlərdə qida və enerji faktoru ilə bağlı işlərin aparıldığını da bildirib.
Akar, gələcəklə bağlı olan şərhində, "Dövlətlər arasındaki ittifaqlar formalaşır və bəzi ölkələr üçüncü dünya müharibəsinə hazırlaşır. Türkiyə bütün bu prosesləri yaxından izləyir və lazım olan addımları atmaqdan geri qalmır." - deyə sonda bildirib.