Bakı, AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir
Uraloğlu, Dəməşq və Hələb hava limanlarının bərpası üçün lazımi
addımların atıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki , ilk
mərhələdə Dəməşq, daha sonra isə Hələb hava limanının fəaliyyətinin
yenidən canlandırılacağını bildirib.
Nazir Uraloğlu bildirib ki, 10 gün əvvəl Dəməşq və Hələb hava limanlarına texniki ekspertlər göndərilib və əsas problemlər müəyyən edilib.
Türk Hava Yolları artıq həftədə üç dəfə Dəməşqə uçuşlar həyata
keçirir və pilotların vizual şəraitdə eniş və qalxışı üçün lazımi
texniki imkanlar yaradılır.
Radar sistemləri və digər elektron avadanlıqlar yenilənməsi nəzərdə
tutulub, bəzi cihazların gətirilməsi 6 ay çəkə bilər, lakin mövcud
avadanlıqlar dərhal göndərilib və quraşdırılmağa başlanıb.
Nazir Uraloğlu həmçinin Türkiyənin İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirdiyi iri nəqliyyat və infrastruktur layihələri barədə də məlumat verib. O qeyd edib ki, hazırda layihələrin idarəetmə və maliyyələşdirmə modelləri üzərində iş aparılır.
Suriya yolları, dəmir yolları, limanlar və rabitə infrastrukturu üçün də konkret qərarlar qəbul edilib.