Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan parlamentinin
sədri Dünyagözəl Gülmanovanı Prezident Külliyəsində qəbul edib.
AzerVoice xəbər verir ki , görüşdə
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da
iştirak edib.
Mətbuata qapalı keçirilən, ikitərəfli münasibətlərin müzakirə
edildiyi görüşdə Türkiyə və Türkmənistan arasında parlament
diplomatiyasının gücləndirilməsi, regional məsələlər və
əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində
olub.