Əsas səhifə » Türkmən qazı martın 1-dən Türkiyəyə gəlir –Bayraktar

Türkmən qazı martın 1-dən Türkiyəyə gəlir –Bayraktar

Bakı, AzerVoice

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkmənistan qazının 30 ildən sonra Türkiyəyə gəlməsinin tarixi əhəmiyyət daşıdığını və bu il 1,3 milyard kubmetr qazın gətiriləcəyini bildirib.

AzerVoice xəbər verir ki, Nazir Bayraktar dünən AK Partiyanın 8-ci növbədənkənar qurultayında verdiyi açıqlamada Türkmən qazının Türkiyəyə axınının martın 1-dən etibarən başlayacağını bildirib.

Bayraktar vurğulayıb ki, Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdən biridir. Əvvəllər bu ehtiyatların Qərbə yönəlmədiyi halda, indi Türkiyəyə gətirilməsi 30 illik bir arzunun gerçəkləşməsidir.

Nazir "Fatih" qazma gəmisinin yeni yerində işlərini davam etdirdiyini və mart ayında nəticə əldə etməyi gözlədiklərini qeyd edib.

Türkmənistandan ilk qazın Türkiyəyə Ramazan ayı ilə birlikdə martın 1-də veriləcəyini bildirən Bayraktar, bu il ümumilikdə 1,3 milyard kubmetr qazın gətiriləcəyini açıqlayıb. O qeyd edib ki, bu miqdar Türkmənistandan 1,5 milyon ev üçün kifayət qədər təbii qaz təmin edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice