Əsas səhifə » Türkiyədə gəmi trafiki normala qayıdıb

Türkiyədə gəmi trafiki normala qayıdıb

Bakı,AzerVoice

Türkiyədə səhər saatlarında duman səbəbindən dayandırılan Boğaziçi boğazında gəmi hərəkəti, hava şəraitinin yaxşılaşmasının ardından yenidən bərpa edilib.

AzerVoice xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq, görünüş məsafəsinin artdığını və şimal-cənub istiqamətində gəmi hərəkətinin açıldığını bildirib.

Qeyd edək ki, Boğaziçi boğazı, beynəlxalq gəmiçilik üçün kritik əhəmiyyət daşıdığı üçün hər il minlərlə gəmi bu marşrutdan istifadə edir. Belə hava şəraiti səbəbindən müvəqqəti məhdudiyyətlər gəmi trafikinin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilir.

Digər Kateqoriyalar

2025 © Azervoice