Əsas səhifə » Şimali İraq və Suriyada 7 terrorçu zərərsizləşdirilib

Şimali İraq və Suriyada 7 terrorçu zərərsizləşdirilib

Bakı, AzerVoice

Türk Silahlı Qüvvələri (TSQ) terrorla mübarizə çərçivəsində İraq və Suriyada həyata keçirdiyi əməliyyatlarda 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

AzerVoicen xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, İraqın şimalındakı "Haftanin" və "Pençe-Kilit" əməliyyatı bölgələrində 3 PKK terrorçusu məhv edilib.

Eyni zamanda, Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində daha 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında , "Hədəfimiz terrorçuların olduğu hər yerdir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz ölkəmizin və regionun təhlükəsizliyini təmin etmək üçün əməliyyatlarını qətiyyətlə davam etdirir." - deyə qeyd edilib.

TSQ-nin bölgədə antiterror əməliyyatları davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice