Bakı,
AzerVoice
1967-ci il müharibəsində Hafiz Əsədin İsraillə gizli razılaşması
nəticəsində torpaqlarını itirən Qolan türkləri, Türkiyənin bölgədə
hərbi baza qurmasını istəyərək, artıq 50 ildir Mehmetçiki
gözlədiklərini bildirirlər.
AzerVoice-nin məlumatına görə, bu haqda "Türkiyegazetesi" -ndə yayınlnana jurnalist
Yılmaz Bİlgenin məlumatına istinadən xəbər verir ki, Colan Türkmən
nümayəndə heyətinin rəhbəri Dr. Heysəm Hüseyn Ağa, Türkiyənin
bölgədə təhlükəsizlik çətiri yaradacağına ümid etdiklərini
vurğulayaraq, “Əsəd rejiminin süqutundan sonra Dəməşqlə yeni
münasibətlər bizi torpaqlarımıza qayıdışa ümidləndirir” - deyə
bildirib.
Sabiq suriyalı general Mustafa Karaca isə Hafiz Əsədin 1967-ci ildə hakimiyyət qarşılığında Colanı İsrailə satdığını iddia edərək, 200 min Colan türkməninin Türkiyədən dəstək gözlədiyini bildirib.
Dr. Hüseyn Ağa Colanda türklərin 1200-cü illərdən məskunlaşdığını, Məmlük, Atabəy və Səlcuqlu dövlətlərinin burada iz qoyduğunu bildirib. O, 1967-ci ildə İsrail hücumlarına qarşı türklərin güclü müqavimət göstərdiyini, lakin işğal nəticəsində izlərinin silindiyini deyib.
“İndi eşidirik ki, Türkiyə bölgədə hərbi baza qurmağa hazırlaşır. İsrail 1967-ci ildə Colanın 1200 kvadrat kilometrini işğal etdi, lakin son hadisələrdən sonra bütün ərazini nəzarətə götürdü. BMT qüvvələri isə yalnız İsrail işğalını qorumaq üçün fəaliyyət göstərib. Biz artıq beynəlxalq vədlərə inanmırıq, yalnız Türkiyənin müdafiəsinə güvənirik” – deyə o qeyd edib.
Türkmən lider, əgər zərurət yaranarsa, Hatay modelində olduğu kimi referendum yolu ilə Colanın Türkiyəyə birləşdirilə biləcəyini irəli sürüb. “Ən qısa zamanda torpaqlarımıza dönərək, doğma evlərimizə sahib çıxmaq istəyirik. Colan Suriya və bölgə üçün strateji əhəmiyyət daşıyır və Türkiyənin müdafiəsi burada sülhün təminatçısı olacaq” – deyə o vurğulayıb.
General Mustafa Karaca isə 1967-ci il müharibəsində Colan uğrunda vuruşduğunu və həmin dövrdə böyük xəyanətin baş verdiyini deyib. Onun sözlərinə görə, Hafiz Əsəd İsraillə gizli razılığa gələrək Colanı əvəzində hakimiyyət əldə edib. “İsrail, Əsədin devrilməsindən sonra Colanı itirəcəyini anlayır. Türkiyənin yeni Suriya administrasiyasına dəstək verməsi vacibdir. Mehmetçikin bölgəyə gəlişi təkcə türkmənlər üçün deyil, ərəblər və druzlar üçün də sülh və sabitlik gətirəcək” – deyə o bildirib.
Türkmənlər Sultan Əbdülhəmidin bölgədə inşa etdirdiyi dəmir yolları ilə bağlı nostalji hisslər yaşadıqlarını və Türkiyəyə bağlılıqlarını qeyd ediblər. Onlar PKK terror təşkilatı ilə İsrail təhlükəsinin bir-birini qidalandıran qüvvələr olduğunu vurğulayıblar.