Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    OYAK və Oman İnvestisiya Təşkilatı ortaq investisiya fondu yaradıb

    29 Noyabr 2024 15:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    OYAK və Oman Sultanlığının sərvət fondu olan Oman İnvestisiya Təşkilatı (OIA) 500 milyon dollarlıq ortaq investisiya fondu yaradıb.

    AzerVoice xəbər verir ki, fondun hər iki tərəfi 250 milyon dollar sərmayə yatıracaq. Əsasən suveren sərvət fondları ilə əməkdaşlıq edən OIA, dünyanın müxtəlif bölgələrində bu tip layihələr həyata keçirmiş bir qurumdur.

    OYAK-ın baş direktoru Süleyman Savaş Erdem fondun qurulmasını Türkiyə iqtisadiyyatına və qlobal bazarlara olan güvən kimi qiymətləndirib. O, OYAK-ın Türkiyədə və 25-dən çox ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərdiyini vurğulayaraq, fond vasitəsilə həm Türkiyədə, həm də xaricdə strateji sahələrə investisiya edəcəklərini bildirib.

    Oman İnvestisiya Təşkilatının rəhbəri Abdulsalam bin Mohammed Al-Murshidi isə bu əməkdaşlığın OIA-nın beynəlxalq böyümə strategiyasına uyğun olduğunu və yüksək gəlirli tərəfdaşlıqlar qurmaq məqsədi daşıdığını qeyd edib.

    Fondun ilk layihəsi İskəndərunda "Cənub Konteyner Limanı" olacaq. Bu limanın həm Türkiyənin ehtiyaclarını qarşılaması, həm də Oman İnvestisiya Təşkilatının qlobal investisiyalarına giriş qapısı kimi xidmət göstərməsi planlaşdırılır.

    Qeyd edək ki, OIA hazırda 51 milyard dollar dəyərində aktivə malikdir və sənaye, enerji, logistika, maliyyə və texnologiya da daxil olmaqla müxtəlif sahələrdə 50-dən çox ölkədə fəaliyyət göstərir.

    #Türkiyə #Oman
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57
    XƏBƏR LENTİ

    Yanvarda Türkiyənin İraqa sement ixracı kəskin geriləyib (ÖZƏL)

    Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbsə məhkum edildi

    Ötən ay pensiya ödənişlərinə 52 mln. manat çox olmaqla 612 mln. manat vəsait yönəldilib

    Peşə təhsilində strateji yenilənmə prosesi başlayıb

    Rusiya ABŞ-ın sanksiyalarını qəbul etməyəcək - Putin

    ABŞ hərbi rəhbərliyi Trampa İrana zərbə endirməyə hazır olduqlarını bildirib

    Suriyada ümumi amnistiya elan edilib

    İordaniya və Azərbaycan təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar toplanıb

    Türkiyə bayraqlı gəmilərlə 2,3 milyon ton yük daşınıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.