Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə və Özbəkistan azad iqtisadi zonalar sahəsində əməkdaşlığı genişləndirir

    3 Fevral 2026 16:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    Türkiyə və Özbəkistan azad və xüsusi iqtisadi zonalarda qarşılıqlı investisiya və texnologiya cəlb edən modellər yaratmağı hədəfləyir. Bu məqsədlə iki ölkə arasında təlim kursları, konfranslar və qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin təşkili planlaşdırılır.

    AzerVoice xəbər verir ki, ötən həftə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlər və Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası mühüm razılaşmalarla yekunlaşıb. Bu çərçivədə Türkiyənin Ticarət Nazirliyi ilə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında azad və xüsusi iqtisadi zonalar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

    İmzalanan sənədlə iki ölkə arasında azad zonalar sahəsində uzunmüddətli əməkdaşlıq qurulacaq. Bu mexanizm qarşılıqlı mal dövriyyəsini artırmağı və hər iki ölkənin özəl sektorunu mövcud güzəştlərdən yararlanmağa təşviq etməyi nəzərdə tutur. Həmçinin fəaliyyətlərin koordinasiyası üçün xüsusi birgə işçi qrupunun yaradılması qərara alınıb.

    Özbək investorlar Türkiyədəki azad zonalara sərmayə qoyduqları təqdirdə, xarici və yerli kapital fərqi qoyulmadan bütün mövcud təşviqlərdən yararlana biləcəklər. Bu addımın iki ölkə arasındakı ticarət dövriyyəsinin real potensialına çatmasına töhfə verəcəyi proqnozlaşdırılır.

    Ötən il Türkiyə və Özbəkistan arasında ümumi ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib ki, bunun da 2,1 milyard dolları Türkiyənin ixracatının payına düşüb. Həmin dövrdə Türkiyənin azad iqtisadi zonaları ilə Özbəkistan arasında 171,5 milyon dollarlıq ticarət əməliyyatları aparılıb.

    Türkiyənin Özbəkistana ixracatında dəmir-polad konstruksiyalar, avtomobillər və trikotaj məmulatları üstünlük təşkil edir. Özbəkistandan idxal edilən məhsullar arasında isə mis və mis məmulatları, pambıq və pambıq ipliyi ilk sıralarda yer alır.

    #Rəcəb Tayyib Ərdoğan #Şavkat Mirziyoyev #Özbəkistan #Türkiyə və Özbəkistan dostluğu #Özbəkistan əhalinin sıxlığı #Türkiyə–Özbəkistan ticarət dövriyyəsi üç dəfə artıb #Türkiyə və Özbəkistan 5 milyard dollarlıq hədəf qoydu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    16 Fevral 2026 11:18

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    14 Fevral 2026 09:20

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    12 Fevral 2026 19:47

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29
    XƏBƏR LENTİ

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.