BAKI, AzerVoice, Nailə Babazadə
İstanbul Şəhər İcra Hakimiyyəti, "Ailə İli" çərçivəsində həyata keçirilən "Evlənəcək Gənclərin Dəstəklənməsi Layihəsi" ilə şəhərdə 4 min 45 cütlüyə ümumilikdə 606 milyon 750 min lirə məbləğində faizsiz kredit verildiyini bildirib.
AzerVoice xəbər verir ki, icra hakimiyyəti sosial media hesabında verilən açıqlamada qeyd olunub ki, 2025-ci ilin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə “Ailə İli” elan edilməsinin ardından Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən həyata keçirilən bu layihə çərçivəsində, 13 mart tarixindən bu günə qədər İstanbulda 4 min 45 cütlük layihədən yararlanaraq ailə həyatı qurub.
Açıqlamaya görə, İstanbulda evlənən gənclərə ümumilikdə 606 milyon 750 min lirə məbləğində, 2 il geri ödənişsiz, 48 ay müddətinə faizsiz kredit təqdim edilib.
“Evlənəcək Gənclərin Dəstəklənməsi Layihəsi” çərçivəsində evlənmək istəyən cütlüklərə 2 il geri ödənişsiz, 48 ay müddətinə 150 min TL məbləğində kredit dəstəyi təqdim edilir, həmçinin evlilikdən əvvəl və sonra psixoloji və sosial məsləhət xidmətləri də göstərilir.
Açıqlamada həmçinin bildirilib ki, 2026-cı ilin yanvar ayından etibarən təqdim edilən kredit dəstəyi 18–25 yaş arası cütlüklər üçün 250 min lirəyə, 26–29 yaş arası cütlüklər üçün isə 200 min lirəyə qaldırılacaq.