Əsas səhifə » Türkiyə Və Özbəkistan Strateji Əməkdaşlığı Genişləndirir

Türkiyə Və Özbəkistan Strateji Əməkdaşlığı Genişləndirir

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı keçirilib.

AzerVoice xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə yanaşı, regional və beynəlxalq gündəmdəki aktual məsələlər də müzakirə olunub.

Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, Ərdoğan, Türkiyə ilə Özbəkistan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində əlaqələrin dərinləşdirilməsi və yeni sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımların davam etdiriləcəyini bildirib.

Tərəflər regional sabitlik, iqtisadi əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması məsələlərində fikir mübadiləsi aparıblar.

Telefon danışığı dost və qardaş ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice