BAKI,AzerVoice
Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov bu gün Türkiyənin Bişkekdəki səfiri Mekin Mustafa Kemal Ökəm ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, görüşdə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Qırğızıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, nazir Mukambetov səfiri yeni diplomatik vəzifəsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı tərəflər Qırğızıstan-Türkiyə arasında hərbi sahədə mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb, bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımları müzakirə ediblər.
Nazirlikdən bildirilib ki, hər iki tərəf regional təhlükəsizlik və qarşılıqlı maraqlara uyğun olaraq əməkdaşlığın davam etdirilməsində maraqlıdır.


