Əsas səhifə » Qırğızıstan-Türkiyə Manas Universitetində Tibb Təhsili Başlayır

Qırğızıstan-Türkiyə Manas Universitetində Tibb Təhsili Başlayır

BAKI,AzerVoice

Türkiyə və Qırğızıstan hökumətlərinin 1995-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə birgə qurduğu Qırğızıstan-Türkiyə Manas Universitetində (KTMÜ) tibb təhsili başlayır.

AzerVoice xəbər verir ki, Rektoru Prof. Dr. Alpaslan Ceylan, Qırğızıstan-Türkiyə Manas Universitetinin Tibb Fakültəsinin 2025-2026 tədris ilində tələbə qəbuluna başlayacağını açıqlayıb.

Ceylan, Manas Universiteti Tibb Fakültəsinin fəaliyyətlərini İstanbulda yerləşən "Sağlık Bilimleri Universiteti" ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcəyini bildirib.

"Tibb Fakültəsinə 2025-2026 tədris ilində Qırğızıstandan 30, Türkiyədən 25, Türk dünyasının digər ölkələrindən isə 5 tələbə qəbul ediləcək"- deyə Ceylan vurğulayıb.

Ceylan, proqramı uğurla başa vuran tələbələrin KTMÜ-nün Türkiyə və Qırğızıstan diplomaları ilə yanaşı, "Sağlık Bilimleri Universiteti"nin diplomunu alacaqlarını bildirdi.

Bu diplomaların dünyanın hər yerində tanınacağını xatırladan Ceylan, tələbələrin bərabərlik problemi yaşamayacağını vurğuladı.

Ceylan, Qırğızıstan üçün ilk dəfə belə bir tətbiqin başladığını qeyd edərək, Rəcəb Tayyip Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Japarova təşəkkür etdi.

Digər Kateqoriyalar

2025 © Azervoice