Əsas səhifə » Qırğızıstan və Türkiyə ikitərəfli əməkdaşlığı genişləndirir

Qırğızıstan və Türkiyə ikitərəfli əməkdaşlığı genişləndirir

BAKI, AzerVoice

Qırğızıstanın Xarici İşlər Nazirliyində keçirilən görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzerVoice xəbər verir ki, Qırğızıstanın xarici işlər nazirinin müavini Meder Abakırov Türkiyənin Bişkekdəki səfiri Mekin Mustafa Kemal Ökəm ilə görüşüb.

Görüş zamanı tərəflər siyasi, iqtisadi, mədəni və konsulluq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Qırğızıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə 27–29 aprel tarixlərində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Qırğızıstana etdiyi rəsmi səfər yüksək qiymətləndirilib.

Tərəflər bu səfəri ikitərəfli münasibətlər üçün mühüm addım kimi dəyərləndirərək, gələcəkdə yüksək və ali səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində həmçinin siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əlaqələrin gücləndirilməsi, mədəni-humanitar sahədə birgə layihələrin dəstəklənməsi məsələlərində qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Bişkek və Ankara arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verəcəyi vurğulanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice