Əsas səhifə » Türkiyə İş Adamları Qırğızıstanda Yeni Biznes İmkanlarını Dəyərləndirir

Türkiyə İş Adamları Qırğızıstanda Yeni Biznes İmkanlarını Dəyərləndirir

BAKI,AzerVoice

Türkiyənin iş adamlarından ibarət nümayəndə heyətinin Qırğızıstana tanışlıq səfəri təşkil olunub.

AzerVoice xəbər verir ki, Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev tanışlıq səfərinə gələn Türkiyə işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.

Türkiyənin işgüzar nümayəndə heyətinin tanışlıq səfəri Qırğızıstanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunub.

Türkiyə nümayəndə heyətinə ticarət, tikinti, kənd təsərrüfatı və turizm sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri daxil idi.

Görüşün əsas məqsədi Qırğızıstan və Türkiyə arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi və investisiya tərəfdaşlığı perspektivlərinin genişləndirilməsinin müzakirəsi olub.

Tərəflər Qırğızıstan-Türkiyə hökumətlərarası əməkdaşlığı çərçivəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər.

Görüşdə Türkiyənin biznes nümayəndələri iqtisadi əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirib, Qırğızıstanda ticarət əlaqələrinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması ilə bağlı konkret təkliflər veriblər.

Görüşün nəticəsi olaraq tərəflər təklif olunan təşəbbüslərin ətraflı şəkildə inkişaf etdirilməsi məqsədilə müvafiq idarələr və işgüzar dairələr səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Digər Kateqoriyalar

2025 © Azervoice