Bakı. AzerVoice:
Türkiyə Kommunikasiya İdarəsi "Fəlakət əlaqəsi simpoziumu" təşkil edəcək.
AzerVoice-un məlumatına görə, Türkiyədə baş verən zəlzələlərin birinci ildönümü çərçivəsində Ankarada keçiriləcək simpoziuma təbii fəlakət, böhranla mübarizə və kommunikasiya sahəsində çoxlu mütəxəssis, alim, yazıçı və jurnalist qatılacaq.
Açılış nitqini Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun edəcəyi simpoziumda Prezident Adminstarsiyasının Strategiya və Büdcə sədri İbrahim Şenel və AFAD sədri Okay Memiş də təqdimatlarla çıxış edəcək.
Proqramda fəlakət kommunikasiyasının idarə edilməsi və koordinasiyası, böhran kommunikasiyasında dezinformasiya ilə mübarizə, fəlakət kommunikasiyasında milli və yerli KİV-lərin funksiyası, təbii fəlakətlərdə ictimai maraq nəşriyyatı və media etikası, sosial media və vətəndaş jurnalistikası müzakirə olunacaq
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_