Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

    14 Oktyabr 2025 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

    AzerVoice xəbər verir ki, müraciətdə deyilir:

    "Hörmətli sərgi iştirakçıları!

    Sizi 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"‒ "Rebuild Karabakh" sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

    Bu il biz "Xəzər İnşaat Həftəsi" çərçivəsində 5-ci "Rebuild Karabakh" və 30-cu "Azərbaycan Beynəlxalq İnşaat "Baku Build" yubliyey sərgilərini keçiririk.

    Builki 5-ci "Rebuild Karabakh" sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik. Əldə etdiyimiz bütün bu nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir.

    Hazırda "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

    "Rebuild Karabakh" sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

    Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

    Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib rol oynayacaqdır.

    Bu xoş fürsətdən istifadə edərək, 5-ci yubiley sərgisi münasibətilə bütün təşkilatçıları və iştirakçıları bir daha ürəkdən təbrik edir, "Rebuild Karabakh" sərgisinə qarşıdakı illərdə də uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: “Rebuild Karabakh” sərgisinin əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur

    14 Oktyabr 2025 12:04

    Prezident İlham Əliyev: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır

    14 Oktyabr 2025 12:02

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yaxın Şərq Sülh Sammitindən paylaşım edilib

    13 Oktyabr 2025 22:24

    Donald Tramp Prezident İlham Əliyev haqda: “O, çox güclü liderdir”

    13 Oktyabr 2025 22:09

    Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

    13 Oktyabr 2025 14:40

    Zəfər xronikası. 13 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına müsahibə verib

    13 Oktyabr 2025 07:00

    Prezident İlham Əliyev: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

    12 Oktyabr 2025 19:39

    Prezident İlham Əliyev: Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir

    12 Oktyabr 2025 19:36

    Prezident İlham Əliyev: Hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir

    12 Oktyabr 2025 19:33

    Prezident İlham Əliyev Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciət ünvanlayıb

    12 Oktyabr 2025 19:30

    Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəlib

    12 Oktyabr 2025 19:17

    Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

    12 Oktyabr 2025 14:41
    Demo
    XƏBƏR LENTİ

    Qəzzanın yenidən qurulması üçün təxminən 70 milyard dollar tələb olunur - BMT

    Türkiyədən Çinə mebel ixracı azalıb (ÖZƏL)

    Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib

    Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

    İsrail soyqırıma qayıdarsa, bunun bədəlini ağır şəkildə ödəyəcəyini yaxşı bilir - Ərdoğan

    Əsas məsələ Qəzzada atəşkəsin tətbiq edilməsidir - Devlet Bahçeli

    Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvini dekabradək yekunlaşdıracaq - ATƏT

    Türkiyənin Aliağa limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    İsrail ordusu atəşkəsə baxmayaraq 3 fələstinlini qətlə yetirib

    İsrail “HƏMAS”ın əsirlərin cəsədlərindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edəcəyindən ehtiyat edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.