Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    NATO Qəzzadakı atəşkəsdəki rolu üçün Türkiyəyə təşəkkür edib

    13 Oktyabr 2025 16:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    NATO-nun Baş katibi Mark Rutte Qəzzada əldə olunan atəşkəs razılaşmasındakı roluna görə Türkiyəyə təşəkkürünü bildirib.

    AzerVoice xəbər verir ki, Sloveniyada keçirilən NATO Parlament Assambleyasının (PA) iclasında çıxış edən Rutte, Türkiyə Böyük Millət Məclisinin NATO PA Türk nümayəndə heyətinin sədri, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Antalya deputatı Mövlud Çavuşoğlunun İsrailin bölgədə və Qəzzada həyata keçirdiyi hücumların NATO-nun ümumi təhlükəsizlik mühitinə təsiri ilə bağlı sualını cavablandırıb.

    Sözlərinə Qəzzədə əldə olunan atəşkəsə verdiyi töhfəyə görə Çavuşoğlu vasitəsilə Türkiyəyə təşəkkür etməklə başlayıb.

    “Bundan əlavə, atəşkəsin həyata keçməsi münasibətilə ABŞ-a, Misirə və Qətərə də təşəkkür edirəm.” - deyə Rutte qeyd edib.

    Rutte bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və onun komandası Qəzza məsələsində ABŞ, Misir və Qətərlə çox intensiv şəkildə işləyib.

    “Bu inkişafın (atəşkəsin) baş verməsi böyük addımdır və ümid edirəm ki, bu, Avropada və ABŞ-la birlikdə Ukraynaya qarşı aparılan bu dəhşətli müharibəni bitirmək üçün əlimizdən gələni etməyimizə ilham verəcək.” - deyə Rutte qeyd edib.

    Rutte NATO-nun Avropa-Atlantik bölgəsində fəaliyyət göstərdiyini və İsrail mövzusunun “ittifaq ərazilərinin bir qədər xaricində qaldığını” söyləyib.

    “Bu, İraqdakı missiyamızla bağlı məsələdir. Bu arada Türkiyə burada böyük rol oynayır. O, hələ də iraqlıların öz təhlükəsizlik və müdafiə qüvvələrini inkişaf etdirmələrinə kömək edir.”

    Rutte Avropa İttifaqının (Aİ) müdafiə sahəsindəki layihələrinin Aİ-yə üzv olmayan müttəfiqlər üçün də “açıq və şəffaf” olması gərəkdiyini bildirib.

    #Türkiyə #Qəzza #Qəzza zolağı #AK Parti #NATO #Mark Rutte #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Ədalət və İnkişaf Partiyası (AKP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.