Bakı. AzerVoice
Xəbərdarlıqda düşmən kəşfiyyat orqanlarının onlayn rejimdə işə götürmə fəaliyyətləri həyata keçirdiyini bildirib və İran vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.
AzerVoice xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib.
İran vətəndaşlarına SMS vasitəsilə göndərilən mesajda “Hörmətli vətəndaşlar, düşmən casus agentliklərinin əməkdaşlığa sövq edən və ölkəyə xəyanət edən mobil proqramlar vasitəsilə artan səylərini və reklam fəaliyyətlərini nəzərə alaraq, bu reklamları rədd etmək və ətrafınızdakıları düşmənin bu hiyləsi barədə xəbərdar etmək və ayıq-sayıq olmaq vacibdir”- deyə qeyd olunub.
Xatırladaq ki, İsrail İrana etdiyi hücumların əhəmiyyətli bir hissəsini ölkə daxilində öz ünsürlərinin atdığı kamikadze pilotsuz təyyarələr və mini raketlərdən istifadə edərək həyata keçirib. Hücumlar zamanı İsrail agentlərinin Tehran, Kərəc və İsfahanda pilotsuz təyyarə istehsal edən sexlərinə basqın edilib və mindən çox insan İsrailə işləmək ittihamı ilə saxlanılıb. Saxlanılanlardan bəziləri ifadələrində rastlaşdıqları internet saytı vasitəsilə Mossad ilə əlaqə saxladıqlarını etiraf ediblər.