Əsas səhifə » İstanbulda mindən çox mənzil inşası ilə bağlı tender elan edilib

İstanbulda mindən çox mənzil inşası ilə bağlı tender elan edilib

BAKI,AzerVoice

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), İstanbulun Arnavutköy rayonunun Sazlıbosna məhəlləsində böyük yaşayış və ticarət kompleksinin tikintisi ilə bağlı açıq tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində 1045 ədəd mənzil, 75 ədəd ticarət obyekti, eləcə də müvafiq infrastruktur və ətraf mühitin abadlaşdırılması işləri nəzərdə tutulur.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 29 iyul 2025-ci il tarixinə qədər "Bilkent Plaza B1 Blok 06800 Bilkent Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice