Əsas səhifə » Türkiyədə 500 mənzilli yaşayış kompleksi tikiləcək

Türkiyədə 500 mənzilli yaşayış kompleksi tikiləcək

BAKI,AzerVoice

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Samsun şəhərinin Bafra rayonunun Peskeller məhəlləsində həyata keçiriləcək yeni tikinti layihəsi üçün açıq tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihəyə 500 ədəd mənzilin, 6 dükanlı ticarət mərkəzinin və bir məscidin inşası, habelə ətraf mühitin abadlaşdırılması və infrastrukturun qurulması daxildir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 28 iyul 2025-ci il tarixinə qədər "Bilkent Plaza B1 Blok 06800 Bilkent Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice