Əsas səhifə » XİN ABŞ və İran tərəflərini dialoq və diplomatiyaya üstünlük verməyə çağırıb

XİN ABŞ və İran tərəflərini dialoq və diplomatiyaya üstünlük verməyə çağırıb

BAKI, AzerVoice

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

AzerVoice xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hücumlarla bağlı yaydığı bəyanatda yer alıb.

"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice