Əsas səhifə » Türkiyə DİN mina tapma cihazları alacaq

Türkiyə DİN mina tapma cihazları alacaq

BAKI,AzerVoice

Türkiyə Daxili İşlər Nazirliyi Jandarma Təchizat Mərkəzi Komandanlığı üç ədəd Mina Tapma Cihazı (Robot) alımı üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihazlar tenderin nəticələri açıqlandıqdan sonra 180 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 26 iyun 2025-ci il tarixinə qədər "Bahçekapı Mah. Fatih Sultan Mehmet Bulv. Şehit Org. Eşref Bitlis Kışlası 06797" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice