Əsas səhifə » Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları satın alacaq

Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları satın alacaq

BAKI,AzerVoice

Türkiyənin İstanbul şəhərində yerləşən Şişli Hamidiye Etfal Xəstəxanası 23 növ təmizlik ləvazimatı alışı üzrə tender elan etdi

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra, beş gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 9 may 2025-ci il tarixinə qədər "Halaskargazı Caddesi Etfal Sokak No: 10 34360 - Şişli/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice