Əsas səhifə » Türkiyədə dövlət xəstəxanası biotibbi ləvazimatlar alacaq

Türkiyədə dövlət xəstəxanası biotibbi ləvazimatlar alacaq

BAKI,AzerVoice

Türkiyənin Elazığ Fırat Xəstəxanası, 45 növ biotibbi ləvazimatın satın alınması ilə bağlı tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra, xəstəxananın təyin etdiyi vaxtda təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 9 may 2025-ci il tarixinə qədər ": Üniversite Mah. Yahya Kemal Cad. No: 25 Merkez/Elazığ" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice