Əsas səhifə » MİT rəhbəri İbrahim Kalın Suriya prezidenti və Suriya XİN ilə görüşüb

MİT rəhbəri İbrahim Kalın Suriya prezidenti və Suriya XİN ilə görüşüb

BAKI, AzerVoice

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Suriya Prezidenti Əhməd əş-Şəraa, Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Suriya Kəşfiyyat Xidməti rəhbəri Hüseyn əs-Səlame ilə Suriyada görüş keçirib.

AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.

Məlumata görə, tərəflər arasında keçirilən görüşdə Türkiyə-Suriya ikitərəfli münasibətləri müzakirə olunub. Görüşdə Türkiyənin Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi sabitliyinə verdiyi önəm bir daha vurğulanaraq, Ankara rəhbərliyinin hər zaman Dəməşq hökumətinin yanında olacağı təsdiqlənib.

Görüşdə PKK/YPG kimi terror qruplarının ləğv olunaraq yeni Suriya sisteminə inteqrasiya edilməsinin vacibliyi müzakirə olunub. Bununla yanaşı, sərhəd təhlükəsizliyi, gömrük keçid məntəqələri və İŞİD üzvlərinin saxlandığı həbsxana və düşərgələrin Suriya idarəsinə təhvil verilməsi məsələləri də gündəmdə olub. Türkiyə tərəfi Dəməşq rəhbərliyinə lazım olan bütün dəstəyi verməyə hazır olduğunu bildirib.

Eyni zamanda, İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumlar və hava məkanının pozulması, habelə Suriyaya tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələləri də müzakirə edilib. İŞİD-ə qarşı mübarizə və Suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə geri qaytarılması da diqqət mərkəzində olub.

Digər Kateqoriyalar

2025 © Azervoice