Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    FIFA yeni futbol mükafatının təsis edildiyini elan etdi

    2 Yanvar 2026 09:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Beynəlxalq Futbol Federasiyası (FIFA) ilin yekunları üzrə yeni futbol mükafatının təsis edildiyini açıqlayıb. Bu barədə qurumun rəsmi internet saytında məlumat verilib.

    AzerVoice xəbər verir ki, müvafiq razılaşma Dubay İdman Şurası ilə birgə əldə olunub.

    Yeni mükafat 2026-cı ildən etibarən qüvvəyə minəcək və FIFA tərəfindən ilin gedişində həm meydanda, həm də meydandan kənarda ən yaxşı performans göstərən futbolçulara təqdim edilən yeganə illik rəsmi mükafat olacaq.

    FIFA prezidenti Canni İnfantino yeni təşəbbüslə bağlı çıxışında Dubayla əməkdaşlığın dünya futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

    “Biz futbolu sevən və onunla yaşayan Dubay şəhəri ilə səylərimizi birləşdirdiyimizə görə məmnunuq. Bu dünya futbol mükafatları təkcə mükafatlandırma mərasimi deyil, eyni zamanda futbolun qlobal təsirini ön plana çıxaran və ilin rəsmi olaraq ən yaxşı futbolçularını həm meydanda, həm də meydandan kənarda qiymətləndirən innovativ platforma olacaq”.

    Qeyd edək ki, FIFA bundan əvvəl 2016-cı ildə təsis edilmiş “The Best FIFA Football Awards” mükafatını təqdim edirdi. Son mükafatlandırma mərasimi 2025-ci ilin dekabr ayının ortalarında Dohada keçirilib. Həmin mərasimdə ötən mövsümün ən yaxşı futbolçusu adına Fransanın PSJ klubunun hücumçusu Usman Dembele layiq görülüb.

    #FİFA #FIFA yeni mükafat #FIFA illik mükafat #FIFA Dubay əməkdaşlığı #Canni İnfantino açıqlaması #ən yaxşı futbolçu mükafatı #futbol üzrə fərdi mükafatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hikmət Qafarlı Avropa çempionatının Ukrayna – Litva matçına baş hakim təyin edilib

    24 Yanvar 2026 14:22

    FIFA 2026 Dünya Kuboku 500 milyon bilet müraciəti alıb

    15 Yanvar 2026 10:45

    Asiya Futbol Konfederasiyası Millətlər Liqası turnirinin yaradılacağını elan edib

    21 Dekabr 2025 19:34

    Kral Salman Qətərin FIFA Ərəb Kuboku 2025-dəki uğurunu təbrik edib

    20 Dekabr 2025 14:09

    FIFA yeni bilet sistemi ilə bağlı qərar qəbul etdi

    17 Dekabr 2025 10:27

    2026 FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkü sabah atılacaq

    4 Dekabr 2025 11:34

    “FIFA series” turniri yenidən Azərbaycanda təşkil olunacaq

    23 Noyabr 2025 14:53

    Türkiyə A Millisi Dünya Kuboku play-offunda Rumaniya ilə qarşılaşacaq

    20 Noyabr 2025 16:47

    Türkiyə millisi Dünya Kuboku seçmə oyunu üçün İspaniyaya yola düşür

    17 Noyabr 2025 12:57

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    15 Noyabr 2025 10:36

    Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

    12 Noyabr 2025 11:19

    Qətərdə U17 dünya kuboku start götürüb

    3 Noyabr 2025 16:57
    XƏBƏR LENTİ

    2018-2025-ci illərdə Nazirlik tərəfindən işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

    Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.