Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Beşiktaş Fənərbaxça qarşısında, məşqçilərin təcrübəsi və ilk derbi həyəcanı ön planda

    30 Oktyabr 2025 14:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Trendyol Super Liqanın 11-ci turunda 2 noyabr bazar günü Beşiktaş və Fənərbaxça komandaları üz-üzə gələcək. Beşiktaş baş məşqçisi Sergen Yalçın 9-cu, Fənərbaxça çalışdırıcısı Domeniko Tedesko isə Türkiyə Super Liqasındakı ilk derbi təcrübəsini yaşayacaq.

    AzerVoice xəbər verir ki, ağ-qara komandayı idarə edən Sergen Yalçın, əvvəlki 8 derbini 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Fənərbaxça ilə görüşlərdə isə Yalçın məğlubiyyət görməyib: 3 qarşılaşmadan 2 qələbə və 1 heç-heçə ilə ayrılıb. Bu oyunlarda Beşiktaş 7 qol vurub, 4 qol buraxıb.

    Fənərbaxça baş məşqçisi Domeniko Tedesko isə 40 yaşında Türkiyədəki ilk derbi təcrübəsini yaşayacaq. İtalyan mütəxəssis əvvəlki karyerasında Almaniya və Rusiya liqalarında komandalarını 13 derbiyə çıxarıb.

    Hər iki məşqçi, mövsüm başlamışdan sonra komandalarına rəhbərlik etməyə başlayıb. Beşiktaş mövsümə Ole Gunnar Solskjaer ilə başlayarkən, Fənərbaxça əvvəlki il komandaya rəhbərlik edən Joze Mourinyo güvənmişdi. Avropa turnirlərində alınan nəticələrdən sonra hər iki klub məşqçilərini dəyişdi: Beşiktaş Sergen Yalçını, Fənərbaxça Domeniko Tedeskoyu gətirdi.

    Bu mövsüm Sergen Yalçın Beşiktaşla 9, Domeniko Tedesko isə Fənərbaxça ilə 7 liqa oyununda iştirak edib. Beşiktaş bu oyunlardan 4 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb, Fənərbaxça isə 4 qələbə və 3 heç-heçə nəticəsi əldə edib.

    #Almaniya #Rusiya #Fənərbağça #Fənərbaxça #Beşiktaş #Trendyol Superliqası #Joze Mourinyo #Sergen Yalçın #Domeniko Tedesko
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiyanın növbəti hədəfi bizik - Rutte

    12 Dekabr 2025 11:46

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq

    11 Dekabr 2025 12:21

    Fənərbaxça Branna qarşı

    11 Dekabr 2025 09:39

    Ukrayna ABŞ-a yeni sülh planı təqdim edir - Zelenski ərazi güzəştlərini rədd etdi

    9 Dekabr 2025 11:09

    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib

    9 Dekabr 2025 10:42

    Siyarto Moskvaya səfər edib

    9 Dekabr 2025 09:25

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    "Beşiktaş" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

    6 Dekabr 2025 16:18

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.