BAKI, AzerVoice
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın futzal millisi A qrupunda son oyununu keçirəcək.
AzerVoice xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 20:00-da son oyununa çıxacaq.
Qeyd edək ki, millimiz qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə qazanacaq.