Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Barselona rəhbərliyi Kamp Nou böhranı ilə üz-üzə - Laporta istefaya çağırılır

    12 Sentyabr 2025 12:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Barselona klubunun prezidenti Xuan Laporta və rəhbərliyi, yenilənmiş Kamp Nou stadionuna dönüş tarixinin dəfələrlə təxirə salınması səbəbilə ciddi təzyiqlə üzləşib.

    AzerVoice xəbər verir ki, klub rəhbərliyi növbəti dəfə özünün müəyyən etdiyi son tarixə də əməl etməyib və bu, həm üzvlərin, həm də ictimaiyyətin narazılığına səbəb olub.

    Stadionun yenidən istifadəyə verilməsi üçün əvvəlcə 2024-cü ilin noyabrı – klubun 125 illiyi, daha sonra 2025-ci ilin əvvəli və nəhayət, yazda keçiriləcək “El Clasico” qarşılaşması planlaşdırılmışdı. Lakin bu tarixlərin heç biri reallaşmayıb. Klub rəhbərliyi indi La Liqa çərçivəsində sentyabrın 21-də Xetafe ilə keçiriləcək oyuna qədər lazımi sənədlərin təmin olunmadığını etiraf edir.

    Klubun vitse-prezidenti Elena Fort əvvəllər “fəlakət olmazsa stadion hazır olacaq” açıqlamasını versə də, indi sənədləşmənin vaxtında təqdim edilmədiyini etiraf edib.

    Keçmiş prezidentliyə namizəd Víctor Font rəhbərliyi “aldadıcı siyasət aparmaqda” günahlandıraraq, “səhvlər ola bilər, amma azarkeşləri və üzvləri aldatmaq qəbuledilməzdir” deyib.

    Prezidentliyə namizədliyini açıqlayan Joan Camprubi Montal isə tikinti layihələrinin idarə edilməsini “uğursuzluq” adlandırıb və təxirəsalmalar səbəbilə 300 milyon avro ödəniş məsələsinin hələ də açıq qaldığını vurğulayıb: “Laporta bu suallara cavab verməlidir.”

    Sabiq direktor Xavi Vilajoana isə stadionun vaxtında hazır olmasının mümkünsüz olduğunu bildirərək, rəhbərliyi üzvlərin ümidləri ilə oynamaqda ittiham edib.

    Kamp Nounun hazırkı qeyri-müəyyənliyi fonunda Barselona bu həftəsonu Valensia ilə oyunu Estadi İohan Kroyff stadionunda keçirəcək. Eyni arenanın bir həftə sonra Xetafe ilə matça da ev sahibliyi etməsi planlaşdırılır.

    #İspaniya #Xuan Laporta #İspaniya La Liqası #Kamp Nou #Barselona stadionu #Barselona ev oyunları #Barselona intizam araşdırması #Barselona #El Clasico
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    1 Fevral 2026 20:15

    Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı

    31 Yanvar 2026 09:43

    İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

    29 Yanvar 2026 09:59

    Kamp Nou-da növbəti problem - yenilənmiş stadionda güclü yağış zamanı sızıntılar baş verdi

    26 Yanvar 2026 15:28

    Serxio Ramos Sevilyanı almaq istəyir

    26 Yanvar 2026 12:49

    “Barselona” La Liqada “Oviedo”ya qalib gələrək liderliyini möhkəmləndirdi

    26 Yanvar 2026 09:12

    "Atletiko" ciddi itki ilə üzləşdi

    24 Yanvar 2026 13:26

    "Barselona" futbolçusu ilə müqavilənin uzadılmasını istəyir

    24 Yanvar 2026 10:23

    Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoqun müşahidə olunur - Sahibə Qafarova

    23 Yanvar 2026 14:41

    UEFA Çempionlar Liqası: İngilis və ispan klubları qələbə qazanıb

    22 Yanvar 2026 09:33

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    19 Yanvar 2026 10:46

    "Barselona" klubunun heyətində ciddi itki baş verdi

    18 Yanvar 2026 18:40
    Demo
    XƏBƏR LENTİ

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi mətbuat konfransı keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.