Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    UEFA Çempionlar Liqası: İngilis və ispan klubları qələbə qazanıb

    22 Yanvar 2026 09:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubu arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa çatıb.

    AzerVoice-un məlumatına görə, komandalar Almaniyanın Münhen şəhərindəki “Arena München” stadionunda qarşılaşıb.

    Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

    “Bavariya”nın hücumçusu Harri Keyn 52-ci dəqiqədə hesabı açıb. Keyn 55-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.

    Turun digər oyununda “Liverpul” Fransada “Marsel”in qonağı olub. Qonaqlar matçda 3:0 hesabı ilə qalib ayrılıblar.

    “Nyukasl Yunayted” doğma meydançada PSV-ni sınağa çəkib. Oyun meydan sahiblərinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb – 3:0.

    Çexiyada keçirilən “Slaviya” – “Barselona” matçı məhsuldar olub. Qonaqlar 4:2 hesabı ilə qələbə qazanıblar.

    “Yuventus” Turində “Benfika”nı qəbul edib. İtaliyalılar matçdan 2:0 hesabı ilə qalib ayrılıblar.

    55-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam-Yulyen komandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə Veston Makkenni Turin təmsilçisinin üstünlüyünü ikiqat artırıb.

    İngiltərədə “Çelsi” və Kiprin “Pafos” klubu üz-üzə gəlib. Matç İngiltərə klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.

    Oyunun yeganə qolunu 78-ci dəqiqədə Moyses Kaysedo vurub.

    “Atalanta” öz meydançasında “Atletik Bilbao” ilə qarşılaşıb. Oyun İspaniya təmsilçisinin qələbəsi ilə qurtarıb – 3:2.

    #Almaniya #Fransa #İtaliya #İspaniya #Belçika #Çexiya #İngiltərə #Kipr #Atalanta #Yuventus #Bavariya #Benfika #Marsel #Çelsi #Nyukasl Yunayted #Atletik Bilbao #UEFA Çempionlar Liqası #Harri Keyn #Barselona #Yunion Sent-Jilluaz #PSV #Turin #Liverpul #Arena München #Slaviya #Kefren Türam-Yulyen #Veston Makkenni #Pafos #Moyses Kaysedo
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    Nottinqem Forest baş məşqçisi ilə yollarını ayırdı

    12 Fevral 2026 11:38

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Fevral 2026 11:00

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    “Bujival” razılaşmasına qarşı Kanaki Sazişi

    10 Fevral 2026 11:04

    Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

    8 Fevral 2026 21:40

    "Mançester Yunayted" "Yuventus"un futbolçusunu istəyir

    8 Fevral 2026 20:46

    Yanvar ayında Türkiyədən Fransaya mebel ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    8 Fevral 2026 17:00

    “Real Madrid”in sabiq futbolçusu Manolin Bueno vəfat etdi

    8 Fevral 2026 10:10
    XƏBƏR LENTİ

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.