BAKI, AzerVoice
Real Madrid-in ulduz yarımmüdafiəçisi Toni Kroos, özünün yerini doldura biləcək ideal namizəd kimi Mançester Sitinin ispan futbolçusu Rodrini göstərib.
AzerVoice xəbər verir ki, Kroos, Rodri kimi futbolçuların meydanda olduqları zaman çox da fərq edilmədiyini, lakin yoxluqlarında komandaların balansını itirdiyini bildirib.
“Mançester Siti Rodri zədələnəndə ciddi eniş yaşadı. Bu da onun mərkəz yarımmüdafiədə nə qədər vacib olduğunu göstərdi” – deyə alman futbolçu qeyd edib.
Kroos vurğulayıb ki, müasir futbolda mərkəz yarımmüdafiə mövqeyi əsas dayaqlardan biridir və bu sahədə sabit oyunçuya sahib olmaq komandaların uğurunu müəyyən edir.
“Rodri meydana çıxanda hər şey qaydasındadır. Amma olmayanda hiss olunur ki, çox şey çatışmır. O, komandaya ritm verir və digər oyunçuların rahat oynamasını təmin edir”- deyə o vurğulayıb.
Rodri hal-hazırda Siti ilə 2027-ci ilə qədər müqaviləyə malikdir. Lakin müqavilənin uzadılması ilə bağlı danışıqların dayanması ehtimalı Real Madridin diqqətini cəlb edib.